Dini icmalar arasında məqalə müsabiqəsi yekunlaşıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmaların nümayəndələri arasında “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı məqalə müsabiqəsini yekunlaşdırıb.
Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, müsabiqənin münsiflər heyətinin sədri, DQİDK sədrinin 1-ci müavini Səyyad Salahlının verdiyi məlumata görə, ümumilikdə 50-yə yaxın yazı müsabiqədə iştirak edib.
İctimai-siyasi-yaradıcılıq təşkilatlarının nümayəndələrindən və komitə rəhbərliyindən ibarət olan münsiflər heyəti üzvlərinin verdiyi qiymətlərə əsasən ilk üçlük müəyyənləşdirilib. 3-cü yerə Qaradağ rayonu, Qızıldaş qəsəbə məscidi dini icmasının sədri Fərhad Ağayev, 2-ci yerə Oğuz şəhəri Cümə məscidi dini icmasının sədri Şövkət Cəlilov və 1-ci yerə Göyçay rayon Mərkəz məscidi dini icmasının sədri Müşfiq Əsgərov layiq görülüblər. Bundan başqa 3 nəfər həvəsləndirici mükafat qazanıb.
Qeyd edək ki, qaliblər I yer üçün – 500 , II yer üçün – 400, III yer üçün – 300 manat pul və Dövlət Komitəsi tərəfindən diplomlarla mükafatlandırılacaqlar.
Trend.az