Dağıstanda Rusiya-Azərbaycan sərhədi quruculuğu məsələləri müzakirə edilib

Posted by

Dağıstanda Rusiya-Azərbaycan sərhədi quruculuğu məsələləri müzakirə edilib

Dünən Dağıstanda Yaraq-Qazmalar avtomobil buraxılış məntəqəsində və Dərbənd dəmiryolu məntəqəsində Əlaqələndirmə Şurasının iclası keçirilib.

 

Trend-in “Dağıstan RİA”ya istinadən verdiyi məlumata görə, iclasda Rusiya Federal Təhlükəsizlik Xidmətinin Federal Sərhəd İdarəsi, Dağıstan Gömrüyü və digər qurumların nümayəndələri iştirak ediblər.

 

Məlumata görə, iclasda dövlət sərhədi quruculuğu məsələləri, Azərbaycan-Rusiya sərhədində buraxılış məntəqələrinin fəaliyyət göstərməsi ilə bağlı problemlər müzakirə edilib.

Həmçinin, insanların, nəqliyyat vasitələrinin, malların, yük və heyvanların dövlət sərhədi vasitəsilə buraxılışının təşkili üzrə texnoloji sxemlərin modernləşdirilməsi, buraxılış məntəqələrinin iş rejiminə riayət edilməsinin yoxlanılması məsələləri barədə fikir mübadiləsi aparılıb.