Danimarkalı deputatlar Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırılıblar

Posted by

Danimarkalı deputatlar Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırılıblar

Danimarkalı deputatlar Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırılıblar

Danimarkalı deputatlar Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırılıblar

Danimarka parlamenti deputatlarının bu ölkədə fəaliyyət göstərən siyasi partiyaların, diaspor təşkilatlarının və KİV-lərin nümayəndələri ilə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərdən də bəhs olunub. Deputatlar Naddem Farooq, Pernilla Skipper və İda Auken görüş iştirakçılarına Danimarkanın qanunverici orqanının fəaliyyətindən söhbət açıblar. Onlar Danimarkada fəaliyyət göstərən siyasi partiyalar və bu ölkənin mənafelərinə toxunan qlobal proseslər barədə də məlumat veriblər. Görüşdə “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi də iştirak edib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemindən, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının hələ də davam etməsindən, bu durumun beynəlxalq hüququ kobud şəkildə pozmasından danışıb. Cəmiyyətin rəhbəri BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etməsi barədə məlumat verərək deyib ki, rəsmi Yerevan həmin qətnamələrə məhəl qoymur. Bu səbəbdən Dağlıq Qarabağın və ətraf rayonların Ermənistan tərəfindən işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin salınan azərbaycanlıların hüquqları pozulur.

 

AzərTac.az