Cinayət-Prosessual Məcəlləyə təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanılması ilə bağlı əlavələr ediləcək

Posted by

Cinayət-Prosessual Məcəlləyə təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanılması ilə bağlı əlavələr ediləcək

Cinayət-Prosessual Məcəlləyə təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanılması ilə bağlı əlavələr ediləcək

Cinayət-Prosessual Məcəlləyə təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanılması ilə bağlı əlavələr ediləcək

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə (CPM) təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanılması ilə bağlı bir sıra əlavələr edilməsi nəzərdə tutulur.

Milli Məclisdən Trend-ə bildiriblər ki, parlamentdə bununla bağlı qanun layihəsi hazırlanıb.

CPM-in 290.1-ci maddəsinin mövcud variantına görə, ittiham aktını imzaladıqdan sonra müstəntiq onu həmin gün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Hazırlanan qanun layihəsində maddəyə əlavə edilir ki, təqsirləndirilən şəxs barəsində həbs və ya ev dustaqlığı qətimkan tədbiri seçilmişdirsə, ittiham aktı həmin qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 20 gün qalmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir.

Deputatlar tərəfindən 290.2.7-ci maddəyə ediləcək əlavəyə görə, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror müstəntiq tərəfindən təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin düzgün seçilməsini və bu Məcəlllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş müddətə riayət olunmasını yoxlamaq üçün ittiham aktı ilə daxil olmuş cinayət işini öyrənir.

CPM-in 290.5.3-cü maddəsinə nəzərdə tutulan əlavədə isə qeyd edilir ki, ittiham aktı ilə daxil olmuş cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz qərarı ilə təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında saxlanılmasına bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olduqda, bu Məcəllənin 292.1-1-ci maddəsində nəzərdə tutulmuş müddətin təmin edilməsi məqsədi ilə həmin qətimkan tədbirinin uzadılması barədə məhkəməyə təqdimat vermək hüququna malik olacaq.

Eyni zamanda, CPM-ə 292.1-1-ci maddə əlavə olunacaq. Əlavəyə görə, təqsirləndirilən şəxs barəsində həbs və ya ev dustaqlığı qətimkan tədbiri seçilmişdirsə, cinayət işi həmin qətimkan tədbirinin müddətinin bitməsinə ən azı 15 gün qalmış məhkəməyə gətirilməlidir.

CPM-ə əlavə edilməsi nəzərdə tutulan 298.6-cı maddədə isə göstərilir ki, cinayət işinin həcminin böyüklüyü, təqsirləndirilən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar məhkəmənin hazırlıq iclasının keçirilməsi müddəti uzadıldıqda, məhkəmə hazırlıq iclasına qədər bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunu araşdıraraq, həbs və ya ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar qəbul edir.

Bununla yanaşı, CPM-in 48.2.1-ci maddəsindən “və məhkəmə baxışından keçə” sözləri, 48.3-cü maddədən “, habelə cinayət işinin ona təqdim olunmuş materialları ilə tanış olduğu müddət” sözləri, 448.7-ci maddədən “bu Məcəllənin 448.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla,” sözləri, eləcə də 158.4-cü maddə çıxarılır, 448.5-ci maddə isə ləğv edilir.

 

Trend.az