“CAR-da Azərbaycan Dostları” və Xorvatiyanın “Azərbaycan Dostluq Cəmiyyəti” arasında anlaşma memorandumu imzalanıb

Posted by

"CAR-da Azərbaycan Dostları" və Xorvatiyanın "Azərbaycan Dostluq Cəmiyyəti" arasında anlaşma memorandumu imzalanıb

 

“CAR-da Azərbaycan Dostları” və Xorvatiyanın “Azərbaycan Dostluq Cəmiyyəti” arasında anlaşma memorandumu imzalanıb

"CAR-da Azərbaycan Dostları" və Xorvatiyanın "Azərbaycan Dostluq Cəmiyyəti" arasında anlaşma memorandumu imzalanıb

 

Azərbaycanın Cənubi Afrika Respublikası (CAR) və Xorvatiya Respublikasında fəaliyyət göstərən səfirliklərinin dəstəyi ilə “CAR-da Azərbaycan Dostları” və Xorvatiyanın “Azərbaycan Dostluq Cəmiyyəti” adlı təşkilatları arasında anlaşma memorandumu” imzalanıb.

Trend-in Azərbaycanın CAR-daki səfirliyinə istinadən verdiyi məlumata görə, anlaşma memorandumunun imzalanmasında əsas məqsəd hər iki dostluq təşkilatı arasında əlaqələrin intensiv inkişaf etdirilməsidir. Memorandum Xorvatiya Dostluq İcmaları Birliyinin prezidenti Andriya Karafilipoviç və “CAR-da Azərbaycan Dostları” təşkilatının yaradıcılarından biri Ceyms Dey tərəfindən Zaqreb şəhərində imzalanıb.

C.Dey çıxışında qeyd edib: “Bu əlamətdar hadisənin nəinki iki dostluq cəmiyyəti, həmçinin dünya üzrə fəaliyyət göstərən Azərbaycan dostluq cəmiyyətləri arasında əməkdaşlığın başlanğıcı olacağına ümüd edirik. İnanıram ki, bizim kimi gənc dostluq cəmiyyətləri dünya üzrə fəaliyyət göstərən və daha uzun tarixə malik dostluq cəmiyyətlərindən böyük təcrübə əldə edə biləcəklər”.

Anlaşma memorandumu cəmiyyətlər və Azərbaycan arası əlaqələrdə əsas diqqəti ölkələrarası səfərlərə, elm, iqtisadiyyat, ticarət, texnologiya və mədəniyyət daxil olmaqla bir çox digər sahələrə, yerli hökumətlə əlaqələrə, sosial təminatlı fəaliyyətə, sahibkarlar, iş adamları, iqtisadçılar, müəllimlər, texnoloqlar, həkimlər, elm xadimləri, jurnalistlər, yazıçılar, incəsənət nümayəndələri və digər mütəxəssislərin səfərlərinin mübadiləsinə, nəşrlərin mübadiləsi və birgə nəşrlərə, akademik proqramların yaradılmasına, təşkilatların fəaliyyəti, həmçinin Azərbaycanın yerli və beynəlxalq mediada təqdim edilməsinə və turizmin təqdimatına yönəldəcək.

Xorvatiyanın “Azərbaycan Dostluq Cəmiyyəti”nin idarə heyətinin üzvü İnes Banik bildirib: “Xorvatiya, Azərbaycan və CAR arasında münasibətlər intensiv şəkildə inkişaf edir və ümüd edirik ki dostluq cəmiyyətlərinin səyləri nəticəsində bu əlaqələr daha da inkişaf edəcək. Cəmiyyətlərimizin hər biri fəalliyyət göstərdiyi ölkədə bir neçə uğura imza atıb və inanırıq ki, dostluq cəmiyyətləri bir-birindən daha çox öyrənə bilərlər və bizim səylərimiz digər dostluq cəmiyyətlərinə dəstək ola bilər”.

 

Trend.az