Böyük Britaniyanın Birmingem Universitetinin internet jurnalında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqalə yerləşdirilmişdir

Posted by

Böyük Britaniyanın Birmingem Universitetinin dövlət idarəçiliyi fakültəsində təhsil alan azərbaycanlı tələbə Savalan Süleymanlının “Münaqişələr mədəni irsə necə təhlükə yaradır: Dağlıq Qarabağ münaqişəsinin acı gerçəkləri” adlı məqaləsi bu nüfuzlu ali təhsil ocağının 11 dildə yayımlanan internet jurnalında yerləşdirilmişdir.

AzərTAc xəbər verir ki, müəllif Dağlıq Qarabağ probleminə beynəlxalq hüquq, ümumbəşəri dəyərlər və insan haqları kontekstində yanaşmışdır. S.Süleymanlı ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və beynəlxalq birliyin bunu belə qəbul etdiyini diqqətə çatdırmışdır.

Məqalə Birmingem Universitetinin tarixində ilk dəfə olaraq Dağlıq Qarabağın işğalı və mədəni dəyərlərin məhv edilməsi faktına belə realist münasibətin bildirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

AzərTac.az