Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin yaradıcılığı ABŞ-ın Massaçusets Amherst Universitetində tədqiq olunur

Posted by

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin yaradıcılığı ABŞ-ın Massaçusets Amherst Universitetində tədqiq olunur.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüseyn Cavidin ev- muzeyindən AzərTAc-a bildirmişlər ki, Massaçusets Amherst Universitetinin professoru Audrey L. Altstadt uzun müddətdir H. Cavid yaradıcılığının tədqiqi ilə məşğul olur. Onun “Beynəlxalq Dil və Ədəbiyyat Jurnalı”nın (“Journal of Language and Literature”) 2014-cü ilin fevralında çapdan çıxmış 5-ci cildinin 1-ci nömrəsində “Hüseyn Cavid və Azərbaycan Yazıçılar Birliyi” (“Husein Javid and The Writers Union of Azerbaijan”) sərlövhəli məqaləsi də dərc olunmuşdur.

Audrey L. Altstadt 2012-ci ildə AMEA Hüseyn Cavidin ev- muzeyinin böyük mütəfəkkirin 130 illik yubileyi münasibətilə keçirdiyi “Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında” mövzusunda beynəlxalq elmi konfransda Azərbaycan dilində məruzə etmişdir.

Alim AMEA Hüseyn Cavidin ev-muzeyi ilə sıx əlaqə şəraitində tədqiqatını davam etdirir.

AzərTac.az