Bu ilin 9 ayında 115 şəhid ailəsi birdəfəlik maddi yardımla təmin edilib

Posted by

Bu ilin 9 ayında 115 şəhid ailəsi birdəfəlik maddi yardımla təmin edilibBu ilin 9 ayında 115 şəhid ailəsi birdəfəlik maddi yardımla təmin edilib

Bu ilin 9 ayında 115 şəhid ailəsi birdəfəlik maddi yardımla təmin edilib

Bu ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ayrı-ayrı ildönümlərlə əlaqədar, həmçinin sosial-məişət problemlərinin həllinə köməklik məqsədi ilə ümumilikdə 4538 nəfər əlilliyi olan şəxsi və 115 şəhid ailəsini birdəfəlik maddi yardımla təmin edib.

Nazirlikdən AzərTAc-a verilən məlumata görə, 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar həmin faciədə şəhid olan 115 nəfərin ailəsinin və 319 nəfər 20 Yanvar əlilinin hər biri 50 manat, sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 25-ci ildönümü ilə əlaqədar həmin ölkədə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş 196 nəfər şəxsin hər biri 100 manat məbləğində birdəfəlik maddi yardımla təmin edilib. Çernobıl AES-də baş vermiş qəzanın 28-ci ildönümü ilə əlaqədar həmin qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edərək əlil olmuş 468 nəfər şəxsin hər birinə 50 manat məbləğində birdəfəlik maddi yardım verilib.

15 Sentyabr – Bilik günü münasibəti ilə tərkibindən iki və daha çox sağlamlıq imkanları məhdud məktəbli uşaqları olan 1535 ailənin 3200 uşağının hər birinə 30 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Bu isə əvvəlki dövrlə müqayisədə ailələrin sayına görə 1,56 dəfə, uşaqların sayına görə 1,54 dəfə, ödənilən məbləğə görə 1,5 dəfə çoxdur.

ƏƏSMN-in müvafiq komissiyasında müraciətlərinə baxılan vətəndaşlardan 337 nəfər əlilliyi olan şəxsə ümumilikdə 66680 manat məbləğində birdəfəlik maddi yardım verilib. Əlilliyi olan şəxslərdən ölkə daxilində müalicəsinə maddi köməklik göstərilənlərin sayı 15 nəfər, respublikadan kənar müalicəyə göndərilməsinə köməklik göstərilənlərin sayı isə 26 nəfər təşkil edib.

 

AzərTac.az