Bu gündən Bakının ən böyük prospektlərindən birində hərəkət məhdudlaşdırılır

Posted by

Bu gündən Bakının ən böyük prospektlərindən birində hərəkət məhdudlaşdırılır

Bu gündən Bakının ən böyük prospektlərindən birində hərəkət məhdudlaşdırılır

Bu gündən Bakının ən böyük prospektlərindən birində hərəkət məhdudlaşdırılır

Bu gündən etibarən Bakının ən böyük prospektlərindən birində hərəkət məhdudlaşdırılır. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, yolun hərəkət hissəsinin üfüqi nişanlanması (hərəkət istiqamətini göstərən oxlar, piyadalar üçün zolaqlı keçidlər, üçbucaq formalı nişanlanma, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanma yerinin, avtobus dayanacaqlarının nişanlanması, yol cizgilərinin və yol göstərici xətlərin yenidən rənglənməsi və s.) işlərinin aparılması ilə əlaqədar paytaxtın Nobel prospektində hərəkət yolun iki zolağı üzrə məhdudlaşdırılacaq: “Nobel prospektində də Aeroport yolunda olduğu kimi, sürət həddi, hərəkət şiddəti yüksək olduğu üçün orada işlərin gecə saatlarında aparılması təhlükəsizlik baxımından məqsədəuyğun hesab edilmədiyindən işlər yol boyu bu gündən etibarən gündüz saatlarında aparılacaq. İşlər gecə aparılsaydı, bu, qəzaların yaranmasına səbəb olar, sürücülərin və yol işçilərinin həyatına təhlükə yaradardı. Nobel prospektində aparılan işlərin 3-4 gün ərzində yekunlaşdırılması nəzərdə tutulur”.

P.Mürsəliyev qeyd edib ki, analoji işlərin aparılması ilə əlaqədar bu gün axşam saat 22:00-dan etibarən Heydər Əliyev prospektində metronun “Koroğlu” stansiyasından şəhərin mərkəzinə doğru aparan kənar yol bağlanacaq və sabah səhər istifadəyə veriləcək. Aprelin 16-da axşam saat 22:00-dan etibarən isə prospektin şəhərin mərkəzindən “Koroğlu” stansiyası istiqamətində olan kənar yolu bağlanacaq və aprelin 17-də səhər istifadəyə veriləcək.

“Azəryolservis”in sözçüsü bildirib ki, tərtib olunmuş qrafikə əsasən, analoji işlərin paytaxtın bir neçə digər küçə və prospektlərində də aparılması nəzərdə tutulub.

 

Trend.az