Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək

Posted by

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının növbəti iclası keçiriləcək.

 

İclasda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında” Protokolunun təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olunacaq.

 

İclasda, həmçinin “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında” Saziş (2008-2012-ci illərdə razılaşdırılmış layihələr üzrə) təsdiq ediləcək.

 

Deputatlar “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsini də nəzərdən keçirəcək.

 

Həmçinin “Dəniz limanları haqqında” qanun layihəsinə də baxılacaq.

 

Sia.az