Britaniyanın Aberdin və Robert Qordon universitetlərinin nümayəndələri Bakı Ali Neft Məktəbində olublar

Posted by

Britaniyanın Aberdin və Robert Qordon universitetlərinin nümayəndələri Bakı Ali Neft Məktəbində olublar

Britaniyanın Aberdin və Robert Qordon universitetlərinin nümayəndələri Bakı Ali Neft Məktəbində olublar

Britaniyanın Aberdin və Robert Qordon universitetlərinin nümayəndələri Bakı Ali Neft Məktəbində olublar

Böyük Britaniyanın Aberdin Universitetinin beynəlxalq əlaqələr və tələbə qəbulu üzrə əməkdaşı Devid Stoll və Robert Qordon Universitetinin korporativ inkişaf üzrə əməkdaşı Reni Raper Bakı Ali Neft Məktəbində olublar.

Qonaqlara Bakı Ali Neft Məktəbinin fəaliyyət strategiyası haqqında ətraflı məlumat verən ali məktəbin rektoru E.Qasımov bildirmişdir ki, Azərbaycan Respublikasınnı Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu təhsil islahatlarının başlıca məqsədi ondan ibarətdir ki, müasir təlim və tədris texnologiyalarına yiyələnərək, ölkəmizin təhsil sistemi ən yüksək səviyyədə inkişaf etdirilsin və beynəlxalq standartlara cavab verən yüksəkixtisaslı kadrlar məhz öz ölkəmizdə yetişdirilsin. E.Qasımov qeyd etmişdir ki, Bakı Ali Neft Məktəbinin yaranması və qısa zaman ərzində yüksək nailiyyətlər əldə etməsi bu istiqamətdə aparılan işlərin bariz nümunəsidir. Bakı Ali Neft Məktəbinə ən yüksək göstəricilərə malik tələbələrin qəbul olunduğunu deyən E.Qasımov bildirmişdir ki, bu ali təhsil ocağının hazırladığı yüksəkixtisaslı kadrlar artıq transmilli şirkətə çevrilmiş ARDNŞ-də, eyni zamanda, BP, Total, Statoil və s. bu kimi şirkətlərdə fəaliyyət göstərəcəklər.

Görüş çərçivəsində rektor ali məktəbin beynəlxalq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd edərək bildirmişdir ki, Avropa təhsil sisteminin tələblərinə uyğun yaradılmış Bakı Ali Neft Məktəbinin önəm verdiyi əsas məsələlərdən biri də Avropanın aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır. Böyük Britaniyanın Aberdin və Robert Qordon universitetlərinin mühəndislik ixtisasları üzrə dünyanın ən güclü ali təhsil müəssisələrindən olduğunu vurğulayan rektor qeyd etmişdir ki, müxtəlif təhsil və tədris proqramlar çərçivəsinədə bu universitetlərlə əməkdaşlıq etmək məqsədəmüvafiqdir.

Daha sonra Bakı Ali Neft Məktəbi ilə Aberdin və Robert Qordon universitetləri arasında gələcək əməkdaşlığın perspektivləri və birgə fəaliyyət istiqamətləri ətrafına müzakirələr aparılmışdır.

 

Trend.az