BMT məruzəçisi: “Məcburi köçkünlərin statusu ilə bağlı beynəlxalq konvensiya və sənədlərdə müəyyən boşluqlar, çatışmazlıqlar var”

Posted by

“Mən razıyam ki, bu gün məcburi köçkünlərin statusu ilə bağlı beynəlxalq konvensiya və sənədlərdə müəyyən boşluqlar, çatışmazlıqlar var. Mənim mandatımın da əsas məqsədi bu sahədə mövcud olan boşluqları aradan qaldırmaq və hüquqi çərçivəni inkişaf etdirməkdir”. APA-nın xəbərinə görə, bunu BMT İnsan Hüquqları Şurasının məcburi köçkünlərin hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla birgə keçirilən mətbuat konfransında deyib.

Ç. Beyani bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsas diqqət diplomatiya və dialoqa yönəlməlidir: “Məcburi köçkünlərin problemləri ilə maraqlanan və onların həll olunmasını istəyən beynəlxalq təşkilatlar da bu prosesdə iştirak etməlidir. Özü-özlüyündə mövcud vəziyyət yeni imkanlar yaradır. Əvvəllər bu məsələyə diqqət yetirən, onunla məşğul olan təşkilatlar yenidən öz diqqətini bu problemlərin həllinə yönəltməli, əvvəllər görülən səylər indi də davam etməlidir. Gələcəkdə də bu məsələnin həlli ilə əlaqədar addımlar atılmalıdır. Düşünürəm ki, birtərəfli fəaliyyət və addımlara ehtiyac yoxdur. Çünki istənilən halda qayıdışın baş verməsi və məcburi köçkünlərin öz torpaqlarına qayıtması, orada yaşaması üçün təhlükəsiz mühit yaradılmalıdır. Təhlükəsiz mühitin yaradılması üçün də sülh sazişi olmalıdır. Yalnız sülh sazişi əsasında həmin insanlar orada köçərək təhlükəsiz şəraitdə yaşaya biləcəklər”.

Apa.az