Əbülfəs Qarayev Xızıda vətəndaşları qəbul edib

Posted by

Əbülfəs Qarayev Xızıda vətəndaşları qəbul edibƏbülfəs Qarayev Xızıda vətəndaşları qəbul edib

Əbülfəs Qarayev Xızıda vətəndaşları qəbul edib

Bu gün Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xızıda vətəndaşları qəbul edib.

 

APA-nın şimal bürosunun xəbərinə görə, qəbulda Sumqayıt şəhəri, Abşeron, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan 30-a yaxın şəxs iştirak edib.

 

Qəbulda əsasən mədəniyyət evlərinin və kitabxanaların təmiri, tarixi abidələrin təmir-bərpası, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, xalçaçılıq müəssisələrinə dəstək, regionlarda yaşayan şair və yazarların kitablarının çapı ilə bağlı müraciətlər olunub. Nazirə Mikayıl Müşfiqin Ev muzeyinin təmiri ilə bağlı da müraciət edilib. Nazir Ə.Qarayev muzeyə baxış keçirəcəyini bildirib.

 

 

Apa.az