Əbülfəs Qarayev türkdilli dövlətləri ortaq mədəni dəyərləri birgə qorumağa çağırıb

Posted by

Əbülfəs Qarayev türkdilli dövlətləri ortaq mədəni dəyərləri birgə qorumağa çağırıb

“Türk dövlətlərinin nümayəndələri olaraq hər zaman öz milli sərvətlərimizi, dəyərlərimizi birgə qorumalıyıq”.

 

Əbülfəs Qarayev türkdilli dövlətləri ortaq mədəni dəyərləri birgə qorumağa çağırıb

APA-nın məlumatına görə, bunu TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə milli komissiya və komitələrinin beşinci iclasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

 

Ə. Qarayev erməni tərəfinin UNESCO-da apardığı fəaliyyəti “mədəniyyət sahəsində müharibə” kimi qiymətləndirib: “Bu fəaliyyətin məntiqi nəticəsi ondan ibarət oldu ki, Ermənistan komissiyanın iclasına lavaş nominasiyasını təqdim edərək bu çörəyin yalnız erməni xalqına məxsus olduğunu iddia etdi. Yaxşı haldır ki, Azərbaycanın qəti mövqeyi nəticəsində bunun qarşısı alındı. Bizim musiqilərimiz, aşıq sənətimiz, muğamımız və digər sənət nümunələrimiz bu gün təcavüzə məruz qalır. Hər dəfə bu kimi hallarla qarşılaşırıq”.

 

 

Apa.az