Əbülfəs Qarayev Masallıda vətəndaşları qəbul edib

Posted by

Əbülfəs Qarayev Masallıda vətəndaşları qəbul edib

Əbülfəs Qarayev Masallıda vətəndaşları qəbul edib

Əbülfəs Qarayev Masallıda vətəndaşları qəbul edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aprelin 28-də Masallıda vətəndaşları qəbul edib.

 

APA-nın məlumatına görə, Lənkəran şəhəri, Masallı, Astara, Biləsuvar, Cəlilabad, Lerik, Neftçala, Salyan, Yardımlı və Cəbrayıl rayonlarından 30-dək vətəndaş qəbulda olub.

 

Müraciətlər əsasən rayonlarda mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni irsin qorunması, təmir və bərpası, turizm sahəsinin inkişaf etdirilməsi, musiqi məktəblərinin alətlərlə təminatı və sosial məsələləri əhatə edib.

 

Astara rayonu Maşxan kəndində 1806-cı ildə inşa olunmuş Kərbəlayi Həmid Abdulla hamamının bərpası, Lənkəran rayonunda fəaliyyət göstərən “Nənələr” folklor mahnı və rəqs kollektivinə xalq kollektivi adının verilməsi, Masallı rayonunda turizmin inkişafı və s. mövzularda konkret təkliflər irəli sürülüb.

 

Ə. Qarayev bildirib ki, qaldırılan təşəbbüslərin nəzərdən keçiriləcək, müvafiq tədbirlər görüləcək.

 

Qəbuldan sonra jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, bölgələrdə tarixi abidələrin təmir-bərpası, mədəniyyət ocaqlarının fəaliyyətinin yaxşılaşdırılması, turizm sahəsinin inkişafı nazirliyin hər zaman diqqətindədir. Ə. Qarayev regionda turizm infrastrukturunun genişləndirilməsinin əsas prioritet məsələlərdən biri olduğunu vurğulayıb: “Turizm üçün əhəmiyyətli təbii şəraiti olan cənub zonası tarixi və mədəniyyət abidələri ilə zəngindir. Abidələrin bərpası, onlardan mədəni turizm istiqamətində istifadə olunması təkliflərini də yüksək qiymətləndirirəm. Bu təkliflər üzərində işləyəcəyik”.

 

Nazir ayrı-ayrı vətəndaşların sosial məsələlər, işlə bağlı müraciətlərinin də nəzərdən keçiriləcəyini və mümkün olduğu qədər onların həllinə köməklik göstəriləcəyini qeyd edib.

 

Apa.az