Birinci xanım Mehriban Əliyeva Bakıda “Sülh ağacı”nın açılış mərasimində iştirak edib

Posted by

Birinci xanım Mehriban Əliyeva Bakıda “Sülh ağacı”nın açılış mərasimində iştirak edibBirinci xanım Mehriban Əliyeva Bakıda “Sülh ağacı”nın açılış mərasimində iştirak edib

Birinci xanım Mehriban Əliyeva Bakıda “Sülh ağacı”nın açılış mərasimində iştirak edib

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 17-də Bakıda “Sülh ağacı”nın açılış mərasimi olub.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, UNESCO-nun baş direktoru xanım İrina Bokova mərasimdə iştirak ediblər.

 

Birinci xanım Mehriban Əliyeva “Sülh ağacı”nın rəmzi açılışını bildirən lenti kəsdi.

 

Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyeva, UNESCO-nun baş direktoru xanım İrina Bokova və “Sülh ağacı”nın müəllifi, UNESCO-nun dünya rəssamı Xedva Ser mərasimdə çıxış etdilər.

 

Sonda xatirə şəkli çəkdirildi.

 

Trend.az