Bişkekdə TürkPA-nın Katibliyi ilə Qırğız–Türk “Manas” Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır

Posted by

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Bişkekdə keçirilən sosial, mədəni və humanitar məsələlər komissiyasının üçüncü iclası çərçivəsində təşkilatın Katibliyi və Qırğız–Türk “Manas” Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.

Sənədi TürkPA-nın baş katibi Jandos Asanov, universitetin rektoru Səbahəddin Balcı və bu ali məktəbin prorektoru Asılbek Kulmurzaev imzalamışlar.

Memorandumda TürkPA-nın Katibliyi və Qırğız–Türk “Manas” Universiteti arasında birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bildirilir ki, türkdilli dövlətlər arasında qarşılıqlı əlaqələri möhkəmləndirmək üçün qırğız və türk dillərində tərcüməçilərin hazırlanması vacib amilə çevrilmişdir.

AzərTac.az