Bəhram Xəlilov: “İnformasiya texnologiyaları biliklərinə sahib olan dövlət qulluqçularına böyük ehtiyac var”

Posted by

Bəhram Xəlilov: “İnformasiya texnologiyaları biliklərinə sahib olan dövlət qulluqçularına böyük ehtiyac var”

“Komissiyanın xətti ilə dövlət qulluğuna qəbul olan şəxslərin 80 faizini gənclər təşkil edir”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədri Bəhram Xəlilov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, dövlət qulluğunda iqtisadi bloka aid olan sahələrə böyük ehtiyac var: “Eyni zamanda dövlət orqanlarında informasiya texnologiyaları biliklərinə sahib olan şəxslərə də ehtiyac duyulur. Nazirlər Kabineti yeni qaydalar tətbiq edib. Bu qaydalarda ilk aşağı pillədə dövlət qulluğuna heç bir təcrübə tələb olunmur. Ali məktəbləri bitirmiş şəxslər ixtisaslarına uyğun olaraq vəzifələrini seçib iştirak edə bilərlər”.

 

B . Xəlilov, həmçinin onu da bildirib ki, artıq dövlət qulluğuna qəbul başa çatıb: “Müsabiqənin ikinci mərhələsi davam edir. Hər iki müsabiqəni uğurla keçənlər dövlət qulluğuna uyğun hesab olunacaqlar. Həmin şəxslərin dövlət orqanlarına rəhbərləri vəzifələrinə və vakant dövlət qulluğu vəzifələrinə təyin olunmaları üçün tədbirlər görülür. Ümumilikdə 2007-ci ildən başlayaraq bütün təcrübəmizi hər zaman analiz edib, yeniliklər tətbiq edirik. Test imtahanlarının strukturlarını da dəyişmişik, yeni bloklar əlavə olunub”.