Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupun iclası keçiriləcək

Posted by

Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupun iclası keçiriləcək

Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupun iclası keçiriləcəkBakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupun iclası keçiriləcək

Sentyabrın 11-12-də Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupun nazir müavinləri səviyyəsində 33-cü görüşü keçiriləcək. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev açıqlama verib. O bildirib ki, toplantıda Xəzərin statusuna dair Konvensiya layihəsi müzakirə olunacaq.

Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiyanı prezidentin demarkasiya və delimitasiya üzrə xüsusi nümayəndəsi İqor Bradçikov, Qazaxıstanı xarici işlər nazirinin müavini Kayrat Sarıbay, İranı Məhəmməd Axundzadə, Türkmənistanı isə Murad Atacanov təmsil edəcək.