Bakıda tanınmış rəssam Çingiz Babayev ustad dərsləri keçəcək

Posted by

Bakıda tanınmış rəssam Çingiz Babayev ustad dərsləri keçəcək

 

Bakıda tanınmış rəssam Çingiz Babayev ustad dərsləri keçəcək

Bakıda tanınmış rəssam Çingiz Babayev ustad dərsləri keçəcək

 

YARAT Müasir İncəsənət Məkanı tanınmış rəssam, heykəltəraş, filosof və şair Çingiz Babayevin ustad dərslərinin keçirilməsini elan edir.

Əgər siz rəssam, musiqiçi, yazıçı, şair, sənətşünas və musiqişünas, aktyor, rəqqas, teatr xadimisinizsə və müasir rəssamın nə barədə düşündüyü sizi maraqlandırırsa; ideyaların gerçəkləşdirilməsi və vizuallaşdırılması üçün yeni formalar axtarışındasınızsa; əgər sizi müasir incəsənətdə bu və ya digər ideyanın strukturu və aktuallığına dair düşüncələri bölüşmək imkanı cəlb edirsə, o zaman bu təlim sizin üçün fikri konsepsiya formasında izhar etmək baxımından əla təcrübə olacaq. İstənilən eksperimentlər, müxtəlif formatlar və ifadə üslubu keçərlidir.

Təlimin sonunda iştirakçıların ideyalarının təqdimatı olacaq. Ən uğurlu ideyalar gələcəkdə qabaqcıl yazılı mətbuatda dərc ediləcək.

Ən yaxşı ideya müəllifini Gürcüstana 7 günlük səfər mükafatı gözləyir. Səfər zamanı Tbilisi Müasir İncəsənət Mərkəzində ixtisasartırma və şəhərin muzey və qalereyaları ilə tanış olmaq imkanı olacaq.

Master-klass 2014-cü il mayın 1-dən 31-dək davam edəcək. Məşğələlər həftədə 3 dəfə saat 11:00-dan 18:00-dək keçiriləcək.

Yerlərin sayı məhduddur.

Ərizələri (xülasə+iştirakçı anketinin doldurulması) http://www.yarat.az/education/43/ linki üzrə yükləmək mümkündür.

Ərizələr fevralın 20-dək [email protected] ünvanda qəbul edilir. Daha ətraflı məlumatı “Facebook” səhifəmizdən və www.yarat.az saytından əldə etmək mümkündür.

 

Trend.az