Bakıda İtaliya və Azərbaycan şirkətləri arasında ikitərəfli görüş keçirilir

Posted by

Bu gün Bakıda İtaliya və Azərbaycan şirkətləri arasında ikitərəfli görüş keçirilir.

APA-nın xəbərinə görə, tədbirdə İtaliya iqtisadiyyatının müxtəlif sektorlarına aid 13 şirkəti iştirak edir.

Tədbir açılışında İtaliyanın ölkəmizdəki səfiri Cianpolo Kutillio vurğulayıb ki, belə təşəbbüslər iki ölkə arasında mövcud olan iqtisadi, mədəni və digər münasibətlərin inkişafına kömək edir: “Biz istəyirik ki, İtaliya və Azərbaycan şirkətləri əməkdaşlıq qursunlar və gələcəkdə bu əlaqələri dərinləşdirsinlər. Bu görüş çox vacibdir, biz çalışdıq ki, mümkün qədər çox İtaliya şirkətləri burda toplaşsın. Çünki İtaliya öz sənaye keyfiyyətinə görə tanınır. Ötən il İtaliyadan Azərbaycana ixrac 500 min avroya bərabər olub və bu, çox böyük bir göstəricidir. Bu gün biz mebel, ev və interyer üçün olan mallardan danışacağıq. Bizim bu sahədə təkliflərimiz genişdir və Azərbaycan hazırda bu sahədə imkanlarını genişləndirmək istəyir. Eləcə də Azərbaycanda əhalinin orta təbəqəsi artır və belə növ mallara tələbatlar artır”.

Apa.az