Bakıda NATO ekspertlərinin iştirakı ilə tədbir keçirilir

Posted by

Bakıda NATO ekspertlərinin iştirakı ilə tədbir keçirilir

 

Bakıda NATO ekspertlərinin iştirakı ilə tədbir keçirilir

Bakıda NATO ekspertlərinin iştirakı ilə tədbir keçirilir

 

Bakıda Əməliyyat İmkanları Konsepsiyası taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təliminə hazırlıqla əlaqədar məsləhət görüşü davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şimali Atlantika Alyansını təmsil edən hərbi mütəxəssislər təlimdə iştirak edəcək bölməmizin NATO standartlarına uyğun döyüş hazırlığına malik olması üçün Azərbaycan ordusunun tədbirə qatılmış zabitlərinə öz məsləhətlərini veriblər. Əvvəlcə ekspertlərin və Azərbaycan ordusu zabitlərinin brifinqləri dinlənilib, sonra isə iştirakçılar qruplara bölünərək tapşırıqların icrası ilə bağlı məsləhətləşmələr aparıblar.

Tədbir fevralın 13-də başa çatacaq.

 

Trend.az