Bakıda «Microfoft Innovation Day» tədbiri keçirilib

Posted by

Bakıda «Microfoft Innovation Day» tədbiri keçirilib

Bakıda «Microfoft Innovation Day» tədbiri keçirilib

Bakıda «Microfoft Innovation Day» tədbiri keçirilib

Bu gün Bakıda «Microsoft-Azerbaijan» şirkəti tərəfindən «Cihazlar və xidmətlər» strategiyasına həsr olunmuş ənənəvi «Microfoft Innovation Day» («Microsoft» innovasiya günü) tədbiri keçirilib.

 

«APA-Economics»in məlumatına görə, «Microsoft-Azerbaijan» şirkətinin nümayəndəsi Emin Axundov bulud xidmətlərinin fərdi həyatda və biznesdə istifadəsi qaydası barədə danışıb. O, «Windows» əsaslı cihazların, o cümlədən işgüzar və gündəlik istifadə üçün nəzərdə tutulmuş proqram və həlləri, bu cihazların vahid sistem kimi işləyə bilməsi imkanlarını nümayiş etdirib.

 

Həmçinin, «OneDrive», «Office Online» və «Office365» kimi xidmətlər vasitəsilə şirkətlərin iş səmərəliyini artırma imkanları barədə danışıb.

 

Şirkətin nümayəndəsi Qaçay Mirzəyev isə «Windows Azure» proqramının üstünlükləri barədə məlumat verib. O, bildirib ki, bu xidmət əsasən ictimai buluddan istifadə etmək üçün nəzərdə tutulub.

 

Onun sözlərinə görə, bu proqramdan autentifikasiya, virtuallaşdırma, idarəetmə, proqramlaşdırma və s. proseslərdə istifadə olunur və bir çox üstünlüklərə malikdir. «Windows Azure» proqramından istifadənin əlverişli və səmərəli qiymətə başa gəldiyini qeyd edən Q.Mirzəyev vurğulayıb ki, bu bulud xidmətində müxtəlif virtual texnologiyalardan istifadə etmək olar.

 

Qeyd edək ki, «Microfoft Innovation Day» «Microsoft» Korporasiyasının innovasiya texnologiyalarına həsr edilən və hər il keçirilən ən iri tədbirlərdəndir. Azərbaycanda bu tədbir 2007-ci ildən etibarən keçirilir.

 

Apa.az