Azərbaycanda narkomaniyanın yayılmasının qarşısının alınması üçün milli observatoriya yaradılacaq

Posted by

Lissabon şəhərində Avropa Monitorinq Mərkəzi və Şərq Tərəfdaşlığı ölkələri arasında Layihə Proqramının “Reitox” proqramı çərçivəsində başlanğıc görüş keçirilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, tədbirdə Dövlət Komissiyası İşçi Qrupunun mütəxəssisi, Narkotik və Narkomaniya üzrə Avropa Monitorinq Mərkəzinin (EMCDDA) əlaqələndiricisi Turcay Əhmədov iştirak edib.

Proqramın əsas məqsədi milli əlaqələndiricilərin daha da təkmilləşdirilməsi, Avropada narkomaniyanın yayılmasının qarşısını almaq üsulları və digər metodiki vəsaitlərin mükəmməl şəkildə mənimsəmələrini əhatə edir. Bu məqsədlə milli əlaqələndiricilərin Avropa ölkələrində keçirilən məşğələlərdə, milli və ümumi akademiyalarda narkotiklər üzrə təkmilləşdirilmiş mütəxəssislərin yetişdirilməsi üçün treninqlər keçirilməsi məqsədə müvafiq sayılıb. Həmin mütəxəssislərin mənimsədiklərini öz ölkələrində tətbiq etmək imkanı yaradacaq. Görüşün sonunda tərəflər arasında dialoq şəklində müzakirələr aparılıb. Gələcəkdə Avropa Monitorinq Mərkəzi (EMCDDA) və “Şərq Tərəfdaşlığı” ölkələrinin milli əlaqələndiriciləri arasında sıx əməkdaşlıq etmək və bunun əsasında həmin ölkələrdə milli observatoriyaların yaradılması qərara alınıb.

Apa.az