Bakıda hava yağıntılı olacaq, sulu qar yağacaq

Posted by

Bakıda hava yağıntılı olacaq, sulu qar yağacaq

 

Bakıda hava yağıntılı olacaq, sulu qar yağacaq

Bakıda hava yağıntılı olacaq, sulu qar yağacaq

 

Sabah Bakıda hava yağıntılı olacaq, sulu qar yağacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, yanvarın 29-da Bakı və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi proqnozlaşdırılır. Güclü şimal küləyi əsəcək.

 

Bakı və Abşeron yarımadasında yanvarın 29-da havanın temperaturu gecə və gündüz 2-4 dərəcə isti olacaq.

 

Azərbaycanın bölgələrində havanın arabir yağıntılı olacağı gözlənilir, dağlıq və dağətəyi ərazilərdə qar yağacaq, bu ərazilərdə yollar buz bağlayacaq. Şimal küləyi güclənəcək.

 

Aran rayonlarında yanvarın 29-da havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 0-5 şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti proqnozlaşdırılır.

 

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yaxın günlərdə gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.

 

Departamentdən öncə Trend-ə verilən məlumata görə, yanvar ayının son günlərində ölkə ərazisində arabir yağıntılı hava şəraitinin davam edəcəyi, yanvarın 28-29-da bəzi dağlıq və dağətəyi rayonlarda, yanvarın 30-31-də isə əksər rayonlarda qar yağacağı gözlənilir.

 

Yanvarın 28-29-da Bakıda və Abşeron yarımadasında havanın temperaturunun 2-4 dərəcə isti, yanvarın 30-da 0 dərəcəyə yaxın, yanvarın 31-də isə minimal temperaturun 2-4 dərəcə şaxta olacağı, şimal küləyinin arabir güclənəcəyi, bəzi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.

 

Yanvarın son günlərində gözlənilən yağıntılı, küləkli hava şərtaiti, temperaturun günü-gündən enməsi meteohəssas insanlar üçün əlverişsiz olacaq.

 

Trend.az