Bakıda Əfqanıstan silahlı qüvvələri üzərində mülki nəzarət məsələlərinə həsr olunmuş seminar keçirilir

Posted by

Bakıda, ADA Universitetində Əfqanıstan kontekstində silahlı qüvvələr üzərində mülki nəzarət məsələlərinə həsr olunmuş seminar keçirilir. APA-nın xəbərinə görə, seminarda Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, XİN-in təmsilçiləri və Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndələri iştirak edir. Əsas mövzu Əfqanıstan silahlı qüvvələri üzərində vətəndaş nəzarətinin institutlaşdırılmasıdır.

A. Əzimov çıxışında bildirib ki, Əfqanıstan dini ideologiyadan azad və demokratik prinsiplər əsasında dövlət qurmaq üçün imkan əldə edib. O, bir sıra spesifik faktorları qeyd edərək Taliban silahlılarının cəmiyyətə reinteqrasiyası məsələsinə diqqət çəkib: “Onlar etnik əfqanlardır və sizin xalqın bir hissəsidir. Onları cəmiyyətə qaytarmaq, reinteqrasiya etmək lazımdır”.

A. Əzimov qeyd edib ki, İSAF missiyasını kimin əvəz edəcəyi Əfqanıstanda aprel ayında keçiriləcək prezident seçkilərindən asılı olacaq.

Apa.az