Bakıda “Azərbaycan 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası” kontekstində insan haqlarının səmərəli müdafiəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Posted by

Bakıda “Azərbaycan 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası” kontekstində insan haqlarının səmərəli müdafiəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Bakıda “Azərbaycan 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası” kontekstində insan haqlarının səmərəli müdafiəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilirBakıda “Azərbaycan 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası” kontekstində insan haqlarının səmərəli müdafiəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

Noyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, Qafqaz Universiteti və Türkiyənin Melikşah Universitetinin birgə təşkilatçılığı ilə “Azərbaycan 2020: Gələcəyə baxış İnkişaf Konsepsiyası” kontekstində insan haqlarının səmərəli müdafiəsi” mövzusunda beynəlxalq elmi konfrans işə başlamışdır.
AzərTAc xəbər verir ki, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə tədbiri açaraq konfransın əhəmiyyətindən danışmışdır.
İki gün davam edəcək konfransda “Azərbaycan Respublikası vətəndaşlarının sahibkarlıq hüququ”, “ İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində qanunvericilik bazasının möhkəmləndirilməsində Milli Məclisin rolu”, “İttiham elan edilmiş təqsirli şəxsin bu barədə bilmək hüququnun təşkilati-hüquqi mexanizmləri: Rusiya Federasiyası və Azərbaycan Respublikası qanunvericiliyinin müqayisəsi əsasında”, “Osmanlı hüququnda insan haqları” və digər mövzularda məruzələr dinlənəcəkdir.
Qeyd edək ki, konfrans çərçivəsində Türkiyə-Azərbaycan Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının təsis edilməsi, növbəti beynəlxalq tədbirlərin təşkili üçün işçi qrupunun yaradılması nəzərdə tutulmuşdur.