Bakıda Aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb olunması üzrə Yüksək Səviyyəli Forum keçirilib

Posted by

Bu gün Bakıda Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (ƏKTT) və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təşkilatçılığı ilə Aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb olunması üzrə Yüksək Səviyyəli Forum keçirilib.

«APA-Economics»in məlumatına görə, forum Azərbaycan İqtisadiyyat və Sənaye və Kənd Təsərrüfatı nazirlikləri, həmçinin Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə baş tutub.

Tədbir aqrar və ərzaq sənayesinin inkişafı istiqamətində regional miqyasda məhsuldar əməkdaşlıq üçün real zəminin yaradılması üçün təşkil olunub. Forumun məqsədləri aqro-ərzaq zəncirinin inkişafına özəl sektorun cəlb edilməsi üzrə regional səviyyədə müzakirələrin aparılması, üzv ölkələr arasında təcrübə mübadiləsi, habelə çağırışların və prioritetlərin müəyyən olunması üzrə regional strategiyanın formalaşması, özəl və dövlət sektorları arasında tərəfdaşlığın təşviqi vasitəsilə kiçik və orta sahibkarlığın bu sahəyə cəlb olunması kimi məsələləri əhatə edib.

Forumda QDİƏT ölkələrindən kənd təsərrüfatı və iqtisadiyyat nazirliklərinin nümayəndələri, habelə kənd təsərrüfatı sahəsində ixtisaslaşmış qurumların (birliklər, assosiasiyalar, konfederasiyalar və s.) rəhbərləri və özəl sektor təmsilçiləri iştirak ediblər.

Forumun sonunda QDİƏT Biznes Şurası ilə Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresi arasında əməkdaşlıq müqavilələri imzalanıb.

Apa.az