Bakı və Berqamo şəhərləri arasında əlaqələr bundan sonra daha da inkişaf edəcəkdir

Posted by

Bakı və Berqamo şəhərləri arasında əlaqələr bundan sonra daha da inkişaf edəcəkdir.

Bu sözləri İtaliyanın Berqamo şəhərinin meri Franko Tentorio AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində demişdir.

F.Tentorio “Qafqazdan Apenninədək. Azərbaycanlılar İtaliyanın müqavimət hərəkatında” kitabının təqdimatının Berqamoda keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, İkinci Dünya müharibəsi illərində azərbaycanlılar İtaliya müqavimət hərəkatında iştirak edərək, böyük şücaət göstərmişlər. Tədbirin digər əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın şəhərləri ilə Berqamo arasında əlaqələr yeni mərhələyə qədəm qoyur.

Berqamonun sosial-iqtisadi göstəriciləri barədə danışan mer vurğulamışdır ki, şəhərdə kimya, toxuculuq, manufaktura və digər sahələrdə kiçik, orta və iri şirkətlər fəaliyyət göstərirlər. Müvafiq istiqamətlərdə şəhərlərimiz arasında daha sıx iqtisadi və ticarət münasibətləri qurmaq mümkündür. Azərbaycan nümayəndələrinin Berqamonun digər institusional qurumlarında da səmərəli görüşlər keçirməsi ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəkdir.

AzərTac.az