Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb

Posted by

Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb

 

Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb

Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb

 

Fevralın 10-da səhər Bakı Metropolitenində qatarların hərəkətində yaranmış problemin səbəbi qatarlardan birindəki texniki nasazlıq olub. Bu barədə bazar ertəsi səhər Trend-ə Bakı Metropolitenindən bildiriblər.

Metropolitendən deyildiyi kimi, texniki nasazlıq nəticəsində qatarın əyləc sistemi avtomatik olaraq işə düşüb.

Təlimata görə, sərnişinlərin nasaz qatara mindirilməsi qəti qadağandır və qatar təcili olaraq depoya göndərilib.

Metropolitendən bildirilib: “Hazırda qatarların hərəkətində yaranmış problem tam şəkildə aradan qaldırılıb və metro normal rejimdə çalışır”.

 

Trend.az