Bakı Metropolitenində daha müasir bankomatlar və ödəmə terminalları quraşdırılacaq

Posted by

Bakı Metropoliteninin ərazisindən ödəmə terminalları və bankomatlar yığışdırılmayacaq. Bunu Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, Bakı Metropolitenində istər bankomatların, istərsə də ödəmə terminallarının tamamilə yığışdırılmasından söhbət gedə bilməz: “Sadəcə əvvəllər onlar pərakəndə şəkildə quraşdırılmışdı və çox zaman sərnişinlərin gediş-gəlişinə maneə törədirdi. Bəzi yerlərdə isə hətta bu aparatlar birbaşa qapılara quraşdırılmışdı. Məhz bu səbəbdən onlar müvəqqəti olaraq gediş-gəlişin olduğu yerlərdən yığışdırıldı”.

N.Paşayev qeyd edib ki, artıq onların müasir və daha yığcam aparatlarla əvəzlənməsi barədə razılıq əldə edilib və aparatların quraşdırılmasına başlanıb: “Bakı Metropoliteninin rəhbərliyi o terminal və bankomatları qoyan müvafiq qurumların özləri ilə də bu barədə danışıqlar aparıb və artıq razılıq da əldə edilib. Bizim tələbimizə əsasən, istər bankomatlar, istərsə də ödəmə terminalları tam müasir görünüşlü və yığcam aparatlarla əvəz olunub, sərnişinlərin hərəkətinə maneçilik yaratmayacaq yerlərdə quraşdırılmasına başlanılıb və bu iş davam etdirilir”.

Trend.az