Bakı Dövlət Universitetində böyük Azərbaycan ədibi Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş filmin nümayişi keçirilmişdir

Posted by

Aprelin 29-da Bakı Dövlət Universitetində (BDU) böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbir BDU-nun və Azərbaycan Mətbuat Şurasının (MŞ) birgə təşkilatçılığı ilə reallaşmışdır.

Tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, MŞ-nin sədri Əflatun Amaşov Əli bəy Hüseynzadənin ədəbi irsinin, yaradıcılığının əhəmiyyətindən danışmışlar.

Sonra Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə əlaqədar Azərbaycan Mətbuat Şurası tərəfindən hazırlanmış film nümayiş etdirilmişdir.

AzərTac.az