Bakı Dövlət Universiteti ilə Dağıstan və Tbilisi dövlət universitetləri arasında əməkdaşlıq müqavilələri imzalanıb
Dekabrın 18-də Bakı Dövlət Universiteti (BDU) ilə Dağıstan və Tbilisi dövlət universitetləri arasında əməkdaşlıq müqavilələri imzalanıb.
BDU-dan AzərTAc-a bildirilib ki, tələbə, müəllim mübadiləsini, birgə konfrans və simpoziumların keçirilməsini nəzərdə tutan müqavilələri BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Dağıstan Dövlət Universitetinin rektoru, professor Murtazali Rabadanov və İvane Çavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru, akademik Vladimer Papava imzalayıblar.
AzərTac.az