Aydın Əliyev Naftalanda vətəndaşları qəbul edəcək

Posted by

Aydın Əliyev Naftalanda vətəndaşları qəbul edəcəkAydın Əliyev Naftalanda vətəndaşları qəbul edəcək

Aydın Əliyev Naftalanda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev dekabrın 26-da saat 10:00-da Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində (Şıxəli Qurbanov küç. 01) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

 

DGK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların – Naftalan, Göygöl, Goranboy, Bərdə, Tərtər rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

 

Qəbulda iştirak etmək istəyən vətəndaşlar dekabrın 25-i saat 10:00-dək “192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Gəncə Gömrük İdarəsi (əlaqə telefonu: (022) 259-58-44), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

 

Trend.az