Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları regional seminarda iştirak ediblər

Posted by

Batumi şəhərində Gürcüstan hökumətinin dəstəyi ilə ATƏT katibliyi, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Antikorrupsiya Şəbəkəsi tərəfindən təşkil edilmiş “Korrupsiyanın qarşısının alınması” mövzusunda regional seminar keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Azərbaycanın Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının da qatıldığı tədbirdə Cənubi Qafqaz və Şərqi Avropa ölkələrinin nümayəndələri ilə yanaşı, nüfuzlu beynəlxalq təşkilatların ekspertləri tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində tətbiq edilən müasir inzibati və preventiv tədbirlər, antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi, institusional yeniliklər və digər məsələlər ətrafında çıxışlar olub.

Seminarda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin prokuroru Samir Mahmudov təqdimatla çıxış edərək korrupsiyanın qarşısının alınması, şəffaflığın artırılması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər, hüquqi şəxslərin cinayət məsuliyyəti, istintaq sövdələşməsinə və qanunsuz varlanmaya qarşı milli qanunvericilikdə edilən dəyişikliklər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

AzərTac.az