Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri Somadakı kömür mədənində həlak olanların ailələrinə yardım edəcəkdir
Azərbaycan Respublikasını Ankaradakı səfirliyində, İstanbul və Qars şəhərlərindəki Baş konsulluqlarında 28 May – Respublika Günü münasibətilə nəzərdə tutulmuş tədbirlər təxirə salınmışdır.
Səfirlikdən verilən məlumata görə, bu mərasimlər üçün ayrılmış vəsait mayın 13-də Türkiyənin Manisa vilayətinin Soma şəhərində kömür mədənində baş vermiş qəzada həlak olanların ailələrinə təqdim olunacaqdır.
Tədbirlərin ləğv edilməsi ilə bağlı məlumat mərasimlərə dəvət olunan şəxslərə və KİV-lərə göndərilmişdir.
AzərTac.az