Peşə hazırlığı kursunu bitirən daha bir qrup əlilliyi olan şəxsə müvafiq şəhadətnamələr verilib

Posted by

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya mərkəzində peşə hazırlığı kurslarını bitirən bir qrup əlilliyi olan şəxsin buraxılış imtahanı olub.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərkəzdə kompyuter istifadəçisi, dərzi, bərbər, toxuculuq və s. peşələr üzrə təşkil olunan hazırlıq kursunu başa vurmuş şəxslərə imtahan komissiyasının qərarına əsasən müvafiq şəhadətnamələr təqdim edilib.

Kursları bitirənlərdən 3 nəfərin təlim keçdikləri peşə ilə bağlı bacarıqlara tam yiyələnə bilməmələri səbəbindən onların hazırlıq kursunun bir ay uzadılması qərara alınıb. Dərzilik kursunu bitirən 2 nəfərin isə əvvəllər təlim kursları uzadılsa da, bu peşəni normal səviyyədə mənimsəmək üçün qavrama qabiliyyətlərinin yetərli olmadığı müəyyən edilib və onlara kursu bitirmə barədə arayışlar verilib.

Son bir ayda mərkəzdə peşə hazırlıq kurslarını bitirmiş 41 nəfər əlilliyi olan şəxsə şəhadətnamələr verilib və onların yiyələndikləri peşələr üzrə qısa müddətdə işlə təmin olunması üçün yaşadıqları ərazi üzrə məşğulluq orqanlarına müraciətlər göndərilib. Hazırda mərkəzdə 85 nəfər əlilliyi olan şəxs 10 peşə üzrə təlim keçir. Peşə hazırlığına cəlb olunmuş sağlamlıq imkanları məhdud gənclər burada yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təmin olunurlar.

Trend.az