Azərbaycanın Rusiya ilə sərhədlərinin razılaşdırılması məsələsinə aydınlıq gətirildi

Posted by

Azərbaycanın Rusiya ilə sərhədlərinin razılaşdırılması məsələsinə aydınlıq gətirildi

Azərbaycanın Rusiya ilə sərhədlərinin razılaşdırılması məsələsinə aydınlıq gətirildiAzərbaycanın Rusiya ilə sərhədlərinin razılaşdırılması məsələsinə aydınlıq gətirildi

Azərbaycanla Rusiya arasında sərhədlərin demarkasiyası ilə bağlı növbəti görüş Azərbaycanda keçiriləcək. Trend xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib.
Komitə sədrinin sözlərinə görə, hazırda sərhədlərin delimitasiyası ilə bağlı ikinci mərhələ – sərhədlərin demarkasiyası məsələsi həll edilir. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedev tərəfindən iki ölkə arasında sərhəd xəritəsi də imzalanıb. Daha sonra sənədi xarici işlər nazirləri də imzalayıblar: “Beləliklə, həm Rusiya Dövlət Duması, həm də Azərbaycan Milli Məclisi bu sənədləri ratifikasiya edib və bu, hüquqi baxımdan təsdiqlənib. Yəni, bu işlər xəritə, sənəd, kağız üzərində görülüb. İndi mərj nişanları koordinatlara uyğun olaraq yerə bərkidilməlidir. Bu ən məsuliyyətli və ağır məsələdir. Rusiya tərəfinin dəvətilə bu yaxınlarda Moskva şəhərində toplanaraq vahid sistem qəbul olundu. Hazırda biz bu sistemi öyrənirik. Diplomatik kanallarla məsələ həll olandan sonra demarkasiya işlərinə başlanacaq. Bununla bağlı növbəti görüş Azərbaycanda keçiriləcək”.