Azərbaycanın qaz abunəçilərinin sayı 1,68 milyonu ötüb

Posted by

Azərbaycanın qaz abunəçilərinin sayı 1,68 milyonu ötüb

 

Azərbaycanın qaz abunəçilərinin sayı 1,68 milyonu ötüb

Azərbaycanın qaz abunəçilərinin sayı 1,68 milyonu ötüb

 

2014-cü il aprelin 1-nə olan məlumata görə, Azərbaycanın qaz operatorunun abunəçilərinin sayı 1 685 000 milyon olub. Bu barədə cümə axşamı Trend-ə ARDNŞ-nin “Azəriqaz” İB-dən məlumat verilib.

İB-dən deyildiyi kimi, qaz abunəçilərinin ümumi sayından 713 456 nəfər paytaxtın, yerdə qalan hissə isə ölkə regionlarının payına düşür.

İB-dən deyiblər: “Öz növbəsində, abunəçilərin ümumi sayından 20 638 nəfər əhali qrupuna aid deyil”.

Bundan başqa, İB-dən bildiriblər ki, ölkənin bütün ərazisində qaz təchizatının keyfiyyətinin yaxşılaşması üzrə işlər davam edir. Hal-hazırda respublika üzrə qazlaşdırmanın səviyyəsi 90 faiz təşkil edir. “Bu işlər daim aparılır və perspektivdə qazlaşdırmanın səviyyəsi yüksəldiləcək”.

 

Trend.az