Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 95 illik yubileyi Abşeron rayonunda qeyd olunmuşdur

Posted by

Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 95 illik yubileyi Abşeron rayonunda qeyd olunmuşdur

Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 95 illik yubileyi Abşeron rayonunda qeyd olunmuşdur

Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 95 illik yubileyi Abşeron rayonunda qeyd olunmuşdur

Martın 27-də Abşeron rayon mədəniyyət evində Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 95 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ümummilli Liderin xatirəsinə ehtiramlarını bildirmişlər.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Faiq Kərimov Azərbaycanın milli təhlükəsizlik orqanlarının 95 il ərzində keçdiyi tarixi və şərəfli yola nəzər salmışdır. Natiq vurğulamışdır ki, bu qurumda milliləşmə prosesinin əsasının qoyulması və onun təhlükəsizliyin etibarlı təminatçısı kimi formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında qazanılan uğurların, ölkənin beynəlxalq nüfuzunun artdığı dövrdə Milli Təhlükəsizlik Nazirliyi sabitliyin və təhlükəsizliyin qorunmasında mühüm rol oynayır.

Milli Təhlükəsizlik Nazirliyi Abşeron rayon şöbəsinin rəisi Rauf Məmmədov qurumun apardığı əməliyyat tədbirləri nəticəsində ölkəmizə və milli mənafelərimizə qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinin aşkarlanması və qabaqlanması istiqamətində görülən səmərəli işlərdən danışmışdır. Bildirilmişdir ki, Milli Təhlükəsizlik Nazirliyi işçilərinin peşə bayramının təsis edilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Nazirliyin Heydər Əliyev adına Akademiyasının yaradılması milli maraqların qorunması, gənc kadrların hazırlanmasında mühüm rol oynayır.

Tədbirdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin milli təhlükəsizlik orqanlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, nazirliyin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, əməkdaşların xidməti iş şəraiti və sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlər xüsusi vurğulanmışdır.

Milli Təhlükəsizlik Nazirliyinin Abşeron rayon şöbəsində xidmət etmiş veteranlar – Elşad İsayev və Hamlet İsmayılov, Abşeron Rayon Məhkəməsinin sədri Əşir Səmədov, rayon polis idarəsinin rəisi Namiq İsmayılov və digərləri çıxışlarında yubiley münasibətilə təbriklərini çatdırmışlar.

Sonra xidmətdə fərqlənən bir qrup əməkdaşa Abşeron Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları, veteranlara qiymətli hədiyyələr təqdim olunmuşdur.

Sonda Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 95 illiyinə həsr olunmuş film nümayiş etdirilmişdir.

 

AzərTac.az