ABŞ konqresmeni Stiv Stokman Vaşinqtonda Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində çıxış etmişdir

Posted by

ABŞ konqresmeni Stiv Stokman Vaşinqtonda Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində çıxış etmişdir

ABŞ konqresmeni Stiv Stokman Vaşinqtonda Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində çıxış etmişdir

ABŞ konqresmeni Stiv Stokman Vaşinqtonda Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində çıxış etmişdir

Martın 26-da Vaşinqtonda Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində “ABŞ ilə Azərbaycan arasında iqtisadi tərəfdaşlıq: inkişaf perspektivləri” mövzusunda qəbul-brifinq keçirilmişdir. Amerika-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil olunmuş tədbirdə konqresmen Stiv Stokman da iştirak etmişdir.

Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova tədbiri açaraq qonaqları salamlamış və konqresmeni auditoriyaya təqdim etmişdir. Stiv Stokman bu qəbulun təşkilinə görə Amerika-Azərbaycan Ticarət Palatasına təşəkkürünü bildirərək öz seçki dairəsi barədə məlumat vermişdir. Sonra ABŞ Konqresinin üzvü beynəlxalq siyasətdə müasir vəziyyət, o cümlədən Amerika-Azərbaycan münasibətləri barədə söhbət açmış, Vaşinqtonla onun müttəfiqləri arasında əlaqələri möhkəmləndirməyin zəruri olduğunu söyləmişdir. “Heç şübhəsiz, belə ölkələrdən biri Azərbaycandır”, – deyən konqresmen Azərbaycanın etibarlı tərəfdaş kimi əhəmiyyətini vurğulamışdır.

Əvvəllər Azərbaycanda olmuş S.Stokman Prezident İlham Əliyevin müdrik siyasətini, azad bazar münasibətlərinin möhkəmlənməsində və iqtisadiyyatın sürətli inkişafında onun rolunu qeyd etmişdir.

Natiq Azərbaycanın ABŞ ilə sıx əməkdaşlığa sadiq olmasını bildirərək demişdir: “Azərbaycan elə ölkədir ki, orada bizim xüsusi marağımız olmalıdır”.

Konqresmen Stokman qəbulda iştirak edən şirkətlərin nümayəndələrini Azərbaycanla sıx işgüzar münasibətlər yaratmağa çağırmışdır. O, Azərbaycanın neft-kimya sənayesinin nümayəndələrini öz seçki dairəsinə dəvət edərək, bildirmişdir ki, 87 neftayırma zavodunun yerləşdiyi bu dairə işgüzar əməkdaşlıq üçün əlverişli imkanlara malikdir. Konqresmen tədbir iştirakçılarını maraqlandıran suallara cavab vermişdir.

Qəbulda Vaşinqtonun işgüzar və siyasi dairələrinin nümayəndələri iştirak etmişdir. Xatırladaq ki, ABŞ Konqresinə Respublikaçılar Partiyasından seçilmiş Stiv Stokman Texas ştatının 36-cı seçki dairəsini təmsil edir.

 

AzərTac.az