Azərbaycanın Litvadakı səfirliyi Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirir

Posted by

Azərbaycanın Litvadakı səfirliyi Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirir

 

Azərbaycanın Litvadakı səfirliyi Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirir

Azərbaycanın Litvadakı səfirliyi Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirir

 

Xocalı soyqırımı barədə məlumatların Litvanın geniş ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycanın Litvadakı səfirliyi tərəfindən Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir.

 

Səfirlikdən APA-ya verilən məlumata görə, ilk olaraq Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya Ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində Vilnüs şəhərinin mərkəzi küçələrində ayrı-ayrı altı xətt üzrə hərəkət edən sərnişin nəqliyyatlarının üzərinə Xocalı faciəsi ilə bağlı posterlər yapışdırılıb, şəhərin küçələrində Xocalı faciəsinə həsr olunmuş təbliğat materialları yerləşdirilib.

 

Vilnüs şəhərində səfirliyin və Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Litva Mikolas Romeris Universitetində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş “Beynəlxalq kontekstdə Cənubi Qafqazda həll olunmamış münaqişələr – Xocalı soyqırımı” adlı konfrans keçirilib. Konfransda Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Yuras Pojela, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, Geosiyasi Araşdırmalar Mərkəzi İctimai Birliyinin direktoru Qreta Monika Tuçkute, Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının beynəlxalq əlaqələr üzrə əməkdaşları Mustafa Qurbanlı və Aytac Əlixanlı, Litva-Azərbaycan Assosiasiyasının sədri İmantas Melianas, Mikolas Romeris Universitetinin prorektoru və müəllim heyəti, universitetin beynəlxalq münasibətlər və hüquq fakültəsinin tələbələri, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) üzvləri iştirak ediblər. Tədbirə moderatorluğu Mikolas Romeris Universitetinin beynəlxalq hüquq üzrə professoru Laurinas Biekşa həyata keçirib.

 

Tədbir çərçivəsində səfirlik tərəfindən elan olunmuş “Mən Qarabağ haqqında nə bilirəm” inşa müsabiqəsinin qalibləri təltif olunub. İnşa müsabiqəsində 26 litvalı gənc iştirak edib. Müsabiqədə 1-ci, 2-ci və 3-cü yerləri tutmuş gənclər pul və səfirliyin sertifikatları ilə təltif olunublar. Digər iştirakçılara isə həvəsləndirici mükafatlar və səfirliyin sertifikatları təqdim olunub.

 

Sonda konfrans iştirakçılarına Xocalı soyqırımına həsr olunmuş film nümayiş olunub, Xocalı soyqırımı ilə bağlı məlumatları özündə əks etdirən sənədlər toplusu paylanıb.

 

Bundan əlavə, fevral ayının 25-də Litvanın nüfuzlu və ən çox oxunan qəzetlərindən biri olan “Lietuvos zinios” qəzetində Qarabağın Azərbaycanlı İcmasının idarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayevin Xocalı soyqırımına həsr olunmuş “Xocalı – naməlum faciə” adlı müsahibəsi dərc edilib.

 

Xocalı soyqırımı ilə bağlı həqiqətlərin Litvanın digər şəhərlərində yayımlanması məqsədilə 26 fevral tarixində Kaunas şəhərində Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL) və həmin şəhərdə təhsil alan tələbələrimiz tərəfindən “Xocalıya ədalət” adlı aksiya keçiriləcək. Aksiya zamanı Kaunasın mərkəzi prospektində üzərində “Justice for Khojaly” yazıları olan köynəklər və Xocalı haqqında bukletlər paylanacaq.

 

Eyni zamanda Klaypeda şəhərində də həmin şəhərdə yaşayan soydaşlarımız və tələbələrimiz tərəfindən Xocalı soyqırımı ilə bağlı tədbir keçiriləcək.

 

Apa.az