Azərbaycanın iqtisadiyyat və sənaye naziri Salyanda vətəndaşları qəbul edəcək
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev yanvarın 18-də Salyanda vətəndaşları qəbul edəcək.
İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə nazir Ş.Mustafayev Salyan, Neftçala, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşlarla görüşəcək. Vətəndaşların qəbulu saat 09:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Salyan rayonu, Təbriz Xəlilbəyli küçəsi,126) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin, Nazirliyin Aran regional bölməsi (Yevlax şəhəri, Heydər Əliyev prospekti,34, əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (055) 206-88-52, (02233) 6-73-10, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və «Facebook» səhifələrində xüsusi olaraq yaradılmış «İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət» bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.