Azərbaycan prezidenti Brüsselə səfər edəcək

Posted by

Azərbaycan prezidenti Brüsselə səfər edəcək

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 15-də NATO-nun Brüsseldəki mənzil-qərargahına səfər edəcək. APA-nın NATO-nun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İ. Əliyev alyansın baş katibi Anders Foq Rasmussenlə görüşəcək. Onun Şimali Atlantika Şurasının iclasında çıxışı nəzərdə tutulub.