Azərbaycanın hərbi təyinatlı smartfonu

Posted by

Azərbaycanın hərbi təyinatlı smartfonuAzərbaycanın hərbi təyinatlı smartfonu

Azərbaycanın hərbi təyinatlı smartfonu

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi “GSM Ballistika” smartfonu əsasında ballistik hesablayıcı hazırlayıb. Trend-in məlumatına görə, qurğu Bakıda I Respublika Əqli Mülkiyyət və İnnovasiyalar Sərgisi çərçivəsində nümayiş etdirilib.

 

Nazirliyin nümayəndəsinin sözlərinə görə, ballistik hesablayıcı düşmənin mövqelərinə atəş hazırlığı zamanı artilleriya hesablamalarının avtomatlaşdırılması üçün nəzərdə tutulub.

 

O, qeyd edib ki, smartfona mikroçip inteqrasiya etdirilib: “Mikroçip açılmış yaylım atəşinin akustikasından düşmən artilleriyasının dislokasiya yerini müəyyənləşdirmək iqtidarındadır. Qurğu hazırda Azərbaycan Silahlı Qüvvələrinin istifadəsindədir

 

Trend.az