Azərbaycanın cənub-qərb bölgəsini şimal bölgəsi ilə əlaqələndirən əsas yollardan biri yenidən qurulacaq

Posted by

Azərbaycanın cənub-qərb bölgəsini şimal bölgəsi ilə əlaqələndirən əsas yollardan biri olan Bəhramtəpə-Bilasüvar avtomobil yolunun yenidənqurulması nəzərdə tutulur. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, yolun yenidənqurulması layihəsinin xarici investisiya hesabına həyata keçirilməsi nəzərdə tutulur.

P.Mürsəliyev qeyd edib ki, aidiyyatı sənədləşmə işləri və texniki preosedurlar başa çatdıqdan sonra yolun yenidənqurulması işlərinə başlanılacaq.

Qeyd edək ki, Bəhramtəpə-Bilasüvar avtomobil yolu Hacıqabul-Bəhramtəpə avtomobil yolunun 115-ci km-dən başlayır, Biləsuvar şəhərində sona çatır. Bu yol Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun davamı olaraq Respublikanın cənub-qərb bölgəsini şimal bölgəsi ilə əlaqələndirən əsas yollardan biridir. Yolun uzunluğu 62 km olmaqla 3-cü texniki dərəcəlidir. Yol boyu beş ədəd körpü və müxtəlif diametrli su ötürücü borular da yerləşir.

Trend.az