Azərbaycanın BMT yanında daimi nümayəndəsi etimadnaməsini qurumun baş katibinə təqdim etmişdir

Posted by

Azərbaycanın BMT yanında daimi nümayəndəsi etimadnaməsini qurumun baş katibinə təqdim etmişdir

Azərbaycanın BMT yanında daimi nümayəndəsi etimadnaməsini qurumun baş katibinə təqdim etmişdir

Azərbaycanın BMT yanında daimi nümayəndəsi etimadnaməsini qurumun baş katibinə təqdim etmişdir

İyunun 10-da Azərbaycan Respublikasının Birləşmiş Milətlər Təşkilatı yanında daimi nümayəndəsi, səfir Yaşar Əliyev etimadnaməsini BMT-nin baş katibi Pan Gi Muna təqdim etmişdir.

 

Azərbaycanın BMT yanında daimi nümayəndəliyindən AzərTAc-a bildirilmişdir ki, görüşdə səfir Y.Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını baş katibə çatdırmış və ölkəsinin BMT ilə bir çox sahələrdə sıx əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu bildirmişdir.

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzündən söz açan səfir BMT-nin hər zaman ölkəmizin ərazi bütövlüyü və suverenliyini tanıdığını vurğulamış, qrumun Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələrinə istinad edərək, BMT-nin bundan sonra da Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyinə əminliyini ifadə etmişdir.

Səfir Yaşar Əliyev bir sıra vacib sahələrdə, xüsusilə multikulturalizm, dözümlülük, mədəniyyətlər və dinlər arasında dialoqun təşviq edilməsində BMT-nin səylərinə Azərbaycanın fəal dəstəyinin davam etdiriləcəyini vurğulamışdır.

O, həmçinin, Azərbaycanın beynəlxalq səviyyədə sülhpərvər siyasətinin göstəricisi kimi 2015-ci ildə ilk Avropa Oyunlarının və 2017-ci ildə növbəti İslam Həmrəyliyi Oyunlarının Bakıda keçiriləcəyini də baş katibin diqqətinə çatdırmışdır.

BMT-nin Baş katibi Pan Gi Mun salamlarının və ən xoş arzularının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş etmiş və ölkəmizin daha da inkişafı naminə yorulmaz fəaliyyətində dövlətimizin başçısına uğurlar arzulamışdır.

 

AzərTac.az