Azərbaycanda zabit heyəti üçün Beynəlxalq Humanitar Hüquq mövzusunda təlim kursu keçirilir

Posted by

Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində müxtəlif kateqoriyadan olan zabit heyəti üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi tərəfindən Beynəlxalq Humanitar Hüquq mövzusunda təlim kursu keçirilir. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Sülhməramlı qüvvələrlə əlaqələri, Beynəlxalq Humanitar hüququn prinsipləri, qaydaları və hərbi əməliyyatlarda tətbiqi, Qərargah planlaşdırılmasında Beynəlxalq humanitar hüquq amili və digər mövzularda məruzələr dinləniləcək, brifinqlər təqdim olunacaq.

Kurs iyunun 11-də sona çatacaq.

Apa.az