Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq planı imzalanıb

Posted by

Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq planı imzalanıb

 

Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq planı imzalanıb

Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq planı imzalanıb

 

Yanvarın 28-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan və İtaliya arasında ikitərəfli hərbi əməkdaşlıq üzrə müzakirələr keçirilib. Tədbirdə nümayəndə heyətlərinə Azərbaycan tərəfdən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov, İtaliya tərəfdən isə İtaliya Silahlı Qüvvələrinin Baş Qərargahının 3-cü İdarəsinin rəis müavini kontr-admiral Edoardo Kompiani rəhbərlik ediblər.

 

Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müzakirələr zamanı ölkələrimiz arasında hərbi, hərbi təhsil və hərbi texniki sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb və yekunda “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2014-cü il üçün ikitərəfli əməkdaşlıq planı” imzalanıb.

 

Tədbirdə İtaliyanın Azərbaycanakı fövqəladə və səlahiyyətli səfiri Ciampaolo Kutillo və İtaliya Silahlı Qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşesi kontr-admiral Emanuele Botazzi də iştirak ediblər.

 

Trend.az