Azərbaycanla Pakistan arasında İkitərəfli Hərbi Əməkdaşlıq Planı imzalanıb

Posted by

Azərbaycanla Pakistan arasında İkitərəfli Hərbi Əməkdaşlıq Planı imzalanıb

Azərbaycanla Pakistan arasında İkitərəfli Hərbi Əməkdaşlıq Planı imzalanıb

Azərbaycanla Pakistan arasında İkitərəfli Hərbi Əməkdaşlıq Planı imzalanıb

Azərbaycanla Pakistan arasında 2014-cü il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planı imzalanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 10-11 fevral tarixlərində İslamabad şəhərində Azərbaycan-Pakistan İşçi Qrupu səviyyəli 5-ci görüş keçirilib.

Pakistan nümayəndə heyətinə Birləşmiş Qərargahın Xarici Hərbi Əməkdaşlıq Baş İdarəsinin direktoru general-mayor Mohammad Farrux Raşid, Azərbaycan nümayəndə heyətinə isə Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov rəhbərlik edib.

Görüş zamanı hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın gedişatı, o cümlədən 4-cü Azərbaycan-Pakistan İşçi Qrupu səviyyəli görüşün qərarlarının icrası vəziyyəti və perspektiv əməkdaşlıq sahələri nəzərdən keçirilib, qəbul edilmiş qərarlar illik əməkdaşlıq planına daxil edilib.

Eyni zamanda, ölkələrimizin yerləşdiyi regionlardakı hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb, təhdidlərə qarşı mübarizədə qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyi xüsusi vurğulanıb.

Müzakirələrin sonunda “Azərbaycan-Pakistan İşçi Qrupu səviyyəli 5-ci görüşün Protokolu” və “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında 2014-cü il üçün İkitərəfli Hərbi Əməkdaşlıq Planı” imzalanıb.

 

Trend.az